Şənbə 20 Aprel 2019

ADAU-da 4 xarici dildə ümumşəhər elmi-nəzəri konfransı keçirilib

Surxay Məmmədzadə - 19/04/2019
57421956 2303106096630283 3065487509715681280 N

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasının akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, rus, fransız) ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Konfransda ADAU-nun tələbələri ilə yanaşı GDU və ATU-nun da bakalavr, magistr səviyyəsində tələbələri də iştirak edib.

UTECA-da 'Açıq qapı' keçirilib

Surxay Məmmədzadə - 18/04/2019
Qw

Sərbəst işlərin slaydlar və ya qrup şəklində hazırlanması.. Xarici dil fənnindən dərs saatının artırılması… Birinci kursların istehsalat təcrübələrinə qatılması… Bütün bunlar UTECA tələbələrinin “Açıq qapı”da səsləndirdikləri istək və təkliflərdən olub. Tədris işləri üzrə prorektor Vüqar İsmayılovun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrilə açıq qapı şəraitində görüşü zamanı “UTECA-lıların” tədrislə bağlı irad, təklif, arzu və istəkləri, eləcə də problemləri dinlənilib.

Gəncədə 'Öz laboratoriyanı yarat - tələbələr üçün Mini labdoc' layihəsi həyata keçirilir

Surxay Məmmədzadə - 18/04/2019
Aw

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Öz laboratoriyanı yarat–tələbələr üçün Mini labdoc” fərdi layihəsi çərçivəsində 18-19 aprel tarixində Gəncə şəhərində Universitet tələbələri üçün maarifləndirmə seminarı və praktik təlimlər keçiriir. Seminar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində keçirilib və ADAU-dan 50 nəfərdən çox tələbə iştirak edib.

UTECA-da 'Simadan - asimana' adlı dəyirmi masa keçirilib

Gülnar Fazilqızı - 17/04/2019
57164082 2381201348558609 5529551019555422208 N

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2019-cu ilin “Nəsimi ili” elan edilməsilə bağlı Azərbaycan Texnologiya Universitetində “Simadan - asimana” adlı tədbir keçirilib.

Hadisə